Bakının Sabunçu rayonunda yeniyetmə itib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

İ.Aslanov küçəsi, ev 3A ünvanında yaşayan 16 yaşlı Nicat Nəbiyev itkin düşüb. O, 21 avqust tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı həmin şəxsin yaxınları polisə müraciət ediblər. Hazırda onun axtarışları aparılır.