Rusiyanın nəhəng alış-veriş saytı Azərbaycana sifarişləri dayandırıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az xəbər verir.

Şirkətdən verilən məlumata əsasən, logistikada yaranan problemlərlə əlaqədar platforma Azərbaycandan gələn sifərişlərin qəbulunu dayandırıb.

“Hazırda sifarışləri vaxtında çatdıracağımız barədə zəmanət verə bilmirik. Keyfiyyətli servis bizim üçün prioritet sayılır. Bu səbəbdən logistika məsələləri həll olunana qədər sifarişləri müvəqqəti dayandırmaq qərarına gəldik”, – deyə şirkət qeyd edib.

Həmçinin bu günə kimi verilən sifarişlərin Bakıya çatdırılacağı vəd olunub.

“Wildberries” Azərbaycandan sifariş qəbulunu dayandırıb
Foto açıq mənbədən