Xətai rayonunda ana və uşaq yol qəzasına düşüblər. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Adıçəkilən rayon ərazisində 2 avtomobil toqquşub. Nəticədə 32 yaşlı Lalə Hüseynova və onun 6 yaşlı övladı Mark Hüseynov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.