Xəzər rayonunda uşağı avtomobil vurub. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
10 yaşlı İsmayıl Rəhmanov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə uşaq müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.