Xəzər rayonunda genişmiqyaslı təmizlik işləri aparılıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq işləri çərçivəsində istirahət guşələrində, prospekt və küçələrdə, eləcə də səki kənarlarında alaq otları vurulub. Həmçinin məişət tullantılarının atıldığı konteynerlər və meydançaları ətrafı təmizlənib.
Bundan əlavə, ərazidə mövcud olan ağac və kollar budanıb, qurumuş ağaclar ərazidən götürülüb, çəmənlik və ağaclar suvarılıb.
İməcilik rayon ərazisi boyunca davam edib.