Yasamalda yanğın nəticəsində 2 nəfər xəsarət alıb. Bu haqda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.

Ərazidə yerləşən ümumi sahəsi 90 kv.m olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qazın sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Nəticədə evin 2 otağının yanar konstruksiyaları 50 kv.m sahədə, ümumi girişin tavan və dam örtüyü 30 kv.m sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı dağılıb.

Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar təcili yardım briqadasına təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

15:40 – Yasamalda baş vermiş yanğın sıxlıq yaradıb

Yasamalda olan yanğın tıxaca səbəb olub. Bu haqda Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Hazırda sıxlığı aradan qaldırmaq üçün əraziyə polis əməkdaşları cəlb olunublar.

14:35 – Yasamalda yanğın baş verir

Bakının Yasamal rayonunda yanğınla nəticələnən partlayış baş verib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Alışma Abdulla Şaiq küçəsində yerləşən birmərtəbəli evdə olub.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.