Bakının Ziya Bünyadov prospektində iki qəza olub, hər iki yerdə sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.

Hadisələrdən biri Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, “Koroğlu” stansiyası istiqamətində, digəri isə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində, metronun “20 Yanvar” stansiyası istiqamətində baş verib.

Hadisə yerlərinə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Ziya Bünyadovda qəzalar nəticəsində sıxlıq müşahidə olunur
Foto NİİM