Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində 2 avtomobil toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.