Bakıda gigiyena qaydalarına riayət etməyən sürücülər cərimələniblər. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Sabunçu və Suraxanı rayonlarında keçirilən reydlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Bununla əlaqədar 3 sürücü məsuliyyətə cəlb olunub.

Yoxlamalar davam edir.