Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan avtoxuliqan saxlanılıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Paytaxtın “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən Hüseyn Cavid parkı yaxınlığında taksi kimi fəaliyyət göstərən “Mercedes C” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.
Polisin qanuni “saxla” əmrinə məhəl qoymayaraq sürücü hərəkətini davam etdirib. Bir müddət sonra sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.