Bakıda ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan gənc saxlanılıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirərək pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.

Faktla bağlı araşdırma davam etdirilir.