Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində təmir işləri aparılır. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən məlumat verir.

Həmin ərazidə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi aparılır. İşlər bu gün saat 16:00-a kimi davam edəcək.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.