Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit qalacaq. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.

Avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, bəzi yerlərdə isə leysan yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gündüz 24-28 dərəcə, gecə isə 19-23 dərəcə olacaq.