“Binə” və “Sədərək” Ticarət Mərkəzlərində sahibkarlar sığorta ödənişi alacaqlar. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Verilən məlumata əsasən, Hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.

“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”, – deyə Sığortaçılar Assosiasiyasından əlavə edilib.