Bakının Sabunçu rayonunda qaz təchizatı məhdudlaşdırılacaq. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Bakı Regional Qaz Istismarı Departamentinə istinadən məlumat verir.

Qazın təchizatı bu gün saat 10:00-dan etibarən sınaq işləri ilə bağlı kəsiləcək.

Həmin zaman 2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələrində müvəqqəti fasilə yaranacaq.