Sükan arxasında telefon işlədənlərə müraciət olunub. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

“Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta elə hallar olub ki, piyada piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub”, – deyə paylaşımda bildirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə videoçarx hazırlayıb.