Sentyabrın 3-ü “Gəlin birlikdə qaçaq” şüarı altında qaçış keçiriləcək. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az məlumat verir.
Yarış Dənizkənarı Milli Parkda, “Dəniz Mall”un yanında saat 9:00-da başlayacaq.
Yarışda iştirakçılar 4 kateqoriya üzrə mübarizə aparacaqlar: 18 yaş üstü, 40 yaş üstü, 50 yaş üstü, 60 yaş üstü (kişi və qadınlar). Həmçinin uşaqlar və yeniyetmələr üçün da məsafələr hazırlanıb.
Yarışlar:
- 800m qarışıq (2013-2015);
- 1000m qarışıq (2010-2012);
- 1500m oğlanlar, qızlar (2008-2009);
- 2000m oğlanlar, qızlar (2006-2007);
- 5000m kişilər, qadınlar (18+, 40+, 50+, 60+).
İştirakçılar özləri ilə idman forması götürərək yarışdan 1 saat öncə şəxsiyyət vəsiqə ilə starta yaxınlaşmalıdırlar.
Qaliblər qadın, kişi, uşaqlar və veteranlar (40-50 yaş, 50-60 yaş, 60+) kateqoriyalarına görə mükafatlandırılacaqlar.
Qeydiyyat üçün link: https://forms.gle/zLc9NqvmjHKatePe7