Bakının Nizami rayonunda, 30 avqust tarixində cüdo üzrə nümunəvi çıxışlar olacaq. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az rəsmi quruma istinadən məlumat verir.
Tədbir R.Rüstəmov 55-57 küçəsində saat 10:00-da baş tutacaq.
Çıxışlar Bakı Şəhər Gənclər və İdman İdarəsinin və “Kanokan TT” Peşəkar Cüdo İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək.
“Cüdo hamı üçün” şüarı altında keçirilən tədbirin rəhbəri Azərbaycan Respublikasının Əməkdar məşqçisi Tərlan Həsənov olacaq.