Şəhidin oğlu 3 universitetdən qəbul alıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndislik, eləcə də tam təqaüdlə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisaslarına qəbul qazanıb.
“Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirdi. Böyük arzumuz Nihadın İstanbul Texniki Universitetində, ya da ADA universitetində təhsil alması idi. Əminəm ki, Raqufun da ruhu şaddır”, – deyə şəhidin həyat yoldaşı Sevinc Orucova qeyd edib.
Şəhid Raquf Orucov 1972-ci ildə anadan olub. O, 2 aprel 2016-cı ildə aprel döyüşlərində şəhid olub.