Külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Günay Həziyevanın məhkəməsi başlayıb. İclasda o, maddi sıxıntılarına görə vəkillə müqavilə bağlaya bilmədiyini bildirib və məhkəmənin təxirə salınmasını istəyib.
Hakim öz sırasında bildirib ki, təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə prosesi yubatmağa cəhd edir və bu, onun 3-cü bəhanəsidir. Sonuncu xəbərdarlıqdan sonra məhkəmə prosesi 4 sentyabr tarixinə təyin olunub.
İttihama görə, G.Həziyeva müxtəlif şəxslərə yalan vədlər verərək ümumilikdə 302.000 AZN məbləğində dələduzluq edib.