Bakının Nərimanov rayonundakı “Metropark” ticarət mərkəzində təxliyə əməliyyatı keçirilib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, binada olan vətəndaşlar küçəyə çıxarılıblar.
Araşdırma zamanı TM-də partlayıcı olması öz təsdiqini tapmayıb. Yalan məlumat verərək vətəndaşları təşvişə salan şəxs polis tərəfindən saxlanılıb. Araşdırma davam edir.