Bakının Səbail rayonu, Neftçilər prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Bakı Dəniz Vağzalının qarşısında qeydə alınıb. Yol Patrul Xidmətinin “BMW” markalı avtomobili sürətlə hərəkətdə olan zaman yolun kənarındakı bordürlərə çarpılıb.
Verilən məlumata görə, sürücü ciddi xəsarət almayıb. Qəza yerinə evakuator cəlb olunub, avtomobil ərazidən uzaqlaşdırılıb.