Avqustun 31-dən Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarskdan Bakıya uçuşların sayını iki dəfə artırır. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Krasnoyarsk Beynəlxalq Hava Limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Azərbaycana uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Təyyarə Krasnoyarskdan cümə axşamı saat 20:20-da havaya qalxaraq, Bakıya saat 22:10-da; bazar günləri isə saat 18:00-da yola düşərək, Bakı aeroportuna saat 19:50-də çatacaq.
Bakıdan isə təyyarə cümə axşamı 11:30-da havaya qalxacaq, 19:10-da Krasnoyarska çatacaq. Bazar günü isə təyyarə Azərbaycandan saat 09:10-da yola düşəcək, 16:50-də Rusiyaya çatacaq.
Bir tərəfə biletlərin qiyməti 23.560 rubldan (247 dollar), gediş-gəliş biletlərinin qiyməti isə 57.063 rubldan (599 dollar) başlayır. Qeyd olunan qiymətə 20 kq-a qədər baqaj və 5 kq-a qədər əl yükü daxildir.
Biletlər haqda və əlavə məlumatı burada tapmaq mümkündür.