Bakının Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Avqustun 28-də saat 09:00 radələrində Bakı sakini Ə.Əsgərov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini M.Rüstəmovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.