Bakının Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birindən oğurluq olub. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Məktəbdən 8066 manat dəyərində 10 kompüter və 3 notbuk oğurlanıb.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Şükürov saxlanılıb. Fakt araşdırılır.