Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlamalar zamanı heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az məlumat verir.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Suraxanı və Sabunçu rayonlarında 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Onların siyahısı aşağıdakı kimidir:

  • Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi;
  • Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi;
  • Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi;
  • Suraxanı rayonu, Hövsan qəsəbəsi;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 6;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi;
  • Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi;
  • Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasının yanı.

Yoxlamalar davam etdirilir.