Bakının Sabunçu rayonunda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxində paltaryuyan, qaz sobası və mətbəx mebeli yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ev yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.