TƏBİB-nin tabeliyindəki Kliniki Tibbi Mərkəzə müraciət edən vətəndaş mərkəzin işindən narazıdır. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Onun sözlərinə görə, həmin tibbi müəssisədə və digər klinikada verilən qan analizlərinin nəticələri fərqli çıxıb.

“Bu gün Semaşkoda qohumuma qan vermək istədim. İmtina edib: “Səndə Hepatit B var”, – dedilər.

Şoka düşdüm. Hər il çek-ap (müayinə) olunuram, 6 ay qabaq qan vermişəm. Qaçdım tez “Sağlam Ailə”də test verdim, test neqativ çıxdı.

Məhz ona görə “Semaşko”da qan verməyə məsləhət görmürəm”, – deyə vətəndaş yazıb.

Məsələ ilə bağlı TƏBİB-dən heç bir açıqlama verilməyib.

“Semaşko”da vətəndaşa səhvən hepatit B diaqnozu qoyulub
Foto açıq mənbədən