Azərbaycan şahmatçısı Teymur Rəcəbov avqustun 31-də başlayacaq Hindistanın Kəlküttə şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirində iştirak edəcək. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Yarışda 10 kişi şahmatçı rapid və blits üzrə mübarizə aparacaqlar. Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaqlar.
Turnir sentyabrın 9-na kimi davam edəcək.