Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Adıçəkilən rayonda, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 146 kv.m olan 4 otaqlı mənzilin 1 otağında televizor, dolab və döşəmə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.