Bakının Xəzər rayonunda oğurluqda şübhəli bilinən bir nəfər saxlanılıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən 2 ev, 1 anbar, 1 sex və 1 həyətyanı sahədən ümumi dəyəri 10.000 manat olan məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Zaxarov saxlanılıb.