Bakının Xəzər rayonu, Şüvələn qəsəbəsində əl qumbarası tapılıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in səyyar minatəmizləmə qrupu cəlb olunub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə yararlı “F-1” əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün ərazidən çıxarılıb.
Növbəti baxış zamanı hadisə yerində və ya onun bilavasitə yaxınlığında başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
