Keçən ayda “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunur. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına müraciət edə bilərlər.

Mübariz Hüseynov tərəfindən idarə olunan şirkət 160 manat nizamnamə kapitalına malikdir.

“Gilan Holding” 2005-ci ildən fəaliyyət göstərib.