Azərbaycan – İordaniya futbol matçına biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
“Dalğa Arena”da keçiriləcək yoldaşlıq oyunu 12 sentyabr saat 20:00-da baş tutacaq. Biletlərin qiyməti 5-10 AZN arası dəyişir.
Satış məntəqələri aşağıdakılardır:
- “Gənclik Mall”;
- “28 Mall”;
- Heydər Əliyev Sarayının kassaları;
- Köşk 1 (“Sahil” m/s, M.Rəsulzadə, 3);
- Köşk 2 (Bülbül prospekti, Nizami küç.);
- 1 Saylı “ASAN xidmət” mərkəzi;
- 2 Saylı “ASAN xidmət” mərkəzi;
- 3 Saylı “ASAN xidmət” mərkəzi;
- 4 Saylı “ASAN xidmət” mərkəzi;
- 1 Saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi.