Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi fəaliyyətini sonlandırıb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hakim İradə Həsənzadə yaşı ilə əlaqədar təqaüdə çıxıb. O, ötən gün son iclasında hökm oxuyub. Qərara əsasən, külli miqdarda dələduzluqda ittiham edilən A.Novruzova 5 il 6 ay müddətinə elektron qolbaqla gəzməyə məhkum edilib.
65 yaşlı İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.