Bakı-Ağstafa-Bakı marşrutuna yeni reyslər əlavə olunur. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Sözügedən marşrut üzrə artan sərnişin tələbatını nəzərə alaraq, 2 və 3 sentyabr tarixlərində hər istiqamət üzrə əlavə reyslər təyin olunacaq.
Əlavə qatar saat 08:25-də Bakıdan Ağstafaya, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
Ənənəvi qrafik isə olduğu kimi qalacaq.