Sabah, avqustun 31-də Bakının Mərdəkan qəsəbəsində Əncir festivalı keçiriləcək. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az məlumat verir.

Tədbir saat 18:00-da “Bağda” restoranında baş tutacaq.

Qonaqlar festival çərçivəsində əyləncə proqramı, lotereya, xatirə fotoşəkilləri və kulinariya müsabiqəsindən həzz alacaqlar.

Festivala yerlər məhduddur. Biletlərin qiyməti 15 manatdır. Əlavə məlumat üçün: +994708880404.