Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə ediliblər. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə ötən gün gecə saatlarında baş verib. Binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində 9 elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb.

Yanğın zamanı 10 sakin təxliyə edilib, mənzillər yanğından mühafizə olunub.

Alışma yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.