Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədr müavini Əlisəfa Bağırov ömrünün 66-cı ilində vəfat edib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir.

Bağırov ömrünün 45 ildən çox vaxtını Bakının yeraltı yollarının tikintisinə həsr etmiş, metro inşaatında həmkarlar ittifaqı hərəkatının xadimlərindən biri olmuşdu.