Bakının əsas prospektlərində sıxlıq yaranıb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində baş verən qəzalar səbəbindən adıçəkilən yollarda sıxlıq müşahidə olunur.
Bundan əlavə, Heydər Əliyev prospektində, “Excelsior” hotelinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində tıxac yaranıb.
Bakının 3 prospektində qəza baş verib



