Bakı – Tbilisi aviareyslərində gecikmələr olub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə olan əlverişsiz hava şəraiti səbəbindən “AZAL” və “Buta”nın reysləri təxirə salınıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.
Gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.