Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yol qəzası olub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İdarəetmədən çıxan “BMW” markalı avtomobil yük maşını ilə toqquşub. Avtomobil yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, hadisənin təfərrüatları araşdırılır. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.