Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində avqustun 29-da saat 14:00 radalərində odlu silahdan kişi güllələnib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyev topuq nahiyəsindən xəsarət alıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb. İstintaq davam etdirilir.