Binəqədi rayonunda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq heroin tapılıb.
Faktla bağlı araşdırma aparılır.