“Qarabağ” – “Olimpiya” oyunu ilə bağlı futbol azarkeşlərinə müraciət olunub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bundan əlavə, oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, – müraciətdə deyilir.
31 avqust saat 20:00-da UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına stadionda “Qarabağ” Sloveniyanın təmsilçisi “Olimpiya”nı qonaq edəcək.