Sabiq polis rəisi dünyasını dəyişib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Polkovnik Fərman Abdullayev qəfil ürəktutmadan vəfat edib. Cəmiyyət arasında o, Elxan Abdullayev kimi tanınırdı.
Fərman Abdullayev Yasamal, Qaradağ və Nərimanov rayonlarında DYP rəisi vəzifəsində çalışıb. Mərhum 3 il əvvəl təqaüdə çıxmışdı.