Qaradağ rayonunda uşağı avtomobil vurub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. 5 yaşlı Arzu Ağayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sağ körpücük sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.