Avqustun 31-də Bakının 3 metro stansiyası futbol matçına görə gücləndirilmiş iş rejiminə keçəcək. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Sabah “Qarabağ” futbol klubunun oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınaraq xətt üzrə hərəkətə hazır vəziyyətdə saxlanılacaq.

Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.