Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsi, 31 ünvanında doqquzmərtəbəli binanın zirzəmisində tikinti işləri aparılır. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Bina sakinlərinin sözlərinə görə, zirzəmidə kafe tikilir, evin sütununa da müdaxilə edilib. Vətəndaşlar tikinti işlərinin binanı təhlükəli vəziyyətə sala biləcəyini iddia edirlər.

Binada tikinti işlərini aparan Bəhman adlı şəxsin sözlərinə görə, tikintidən aidiyyəti qurumların məlumatı var.

Buna baxmayaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov zirzəmidə görülən işlərin dayandırıldığını və məsələnin nəzarətə götürüldüyünü qeyd edib.