Rusiyada inşa olunan “Pyotr Velikiy” kruiz gəmisi növbəti turistik mövsümünə kimi istifadəyə veriləcək. Bunu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

Hazırda laynerin sınaqları aparılır.

Bildirilir ki, İran, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşlar yeni kruiz marşrutlarının yaradılması imkanlarını nəzərdən keçirməyə hazırdırlar.

Gəmi Aktau, Türkmənbaşı, Bakı və Mahaçqala limanlarına girərək Volqa çayı, Azov, Qara və Xəzər dənizlərində üzəcək.